Pakistan Hindistanı hədələdi: cavab verməyə hazırıq

26-02-2019, 11:29           
Pakistan Hindistanı hədələdi: cavab verməyə hazırıq
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi mübahisəli Kəşmir ərazisinə Hindistan HHQ-nin avia zərbə endirməsini şərh edərkən bildirib ki, Pakistan ordusu üçün istənilən hərbi təcavüzə cavab verməyə hazırdır. FaktXəbər bildirir ki, bu barədə "Geo TV" məlumat yayıb.

"Biz davamlı şəkildə dünyaya deyirdik ki, bu baş verə bilər. Onlar bu gün Pakistana qarşı təcavüz həyata keçiriblər. Pakistan özünümüdafiə üçün cavab hüququna malikdir",-deyə Qureyşi əlavə edib.

Pakistanın baş naziri İmran Xan Hindistan HHQ-nin avia zərbəsi ilə əlaqədar vəziyyətin araşdırılması üçün nazirləri görüşə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru