Dünyanın bəzi yerlərindən milyonlarla xərc çəkilərək inşa olunan gizli tikililər mövcuddur.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, çox az insanın bildiyi həmin binalar planetin taleyinin təhlükəyə düşəcəyi halda, çox az insanın üzünə açılacaq.
Onlardan biri Qərbi Virciniyanın dərin meşələrində gizlənir. Sığınacaq olaraq bilinən bu yer "Green Ros Hip" adlanır. Bura nüvə müharibəsinin başlayacağı təqdirdə konqres üzvlərinin qorunması üçün nəzərdə tutulub.
Bəzi kilsələr var ki, güclü şəkildə qorunur. O kilsələrdən biri ABŞ-ın Yuta ştatının mərkəzi Solt Leyk Sitidə yerləşir. Kilsənin mormonlar tərəfindən qranit qayanın içində inşa edilib.
Digər qəribə binalardan biri isə Başqırdıstan torpaqlarındadır. Versiya var ki, bura Üçüncü Dünya Müharibəsi başlasa, minlərlə insanın yaşaya biləcəyi yeraltı şəhərdir