Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var - Müharibə başlandı

2-03-2019, 17:48           
Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var - Müharibə başlandı
Hindistan və Pakistan əsgərləri Kəşmir nəzarət xəttində toqquşub.

Publika.az xəbər verir ki, Pakistan Hindistan ordusunun Nakilay Tattapani və Jandrot bölgələrində mülki əhaliyə atəş açdığını deyir.

Açıqlamada Pakistan ordusunun 2 əsgərinin və 2 mülki şəxsin öldüyü, iki nəfərin isə yaralandığı deyilir.

Hindistan tərəfi isə Pakistan ordusunun açdığı atəş nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda iki nüvə dövləti olan Pakistan və Hindistan arasında gərginlik pik həddə çatıb. Fevralın 14-də Kəşmirin Hindistan tərəfində 44 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hindistan bu terrora görə Pakistanı ittiham edib, daha sonra gərginlik başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru