Almaniyanın bu əyalətindən 5295 əcnəbi deportasiya edilib

4-03-2019, 07:20           
Almaniyanın bu əyalətindən 5295 əcnəbi deportasiya edilib
2018-ci ildə Almaniyanın Şimali Reyn Vestfaliya Federal (NRW) əyalətinin hava limanlarından 5295 nəfər əcnəbi deportasiya edilib. Bu federal ərazidə eyni zamanda təxminən 240 halda əvvəlcədən planlaşdırılan deportasiya ilə bağlı uçuşlar baş tutmayıb. Buna əsasən hava yolları şirkətlərinin və pilotların müdaxiləsi səbəb olub. Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Bundestaqın Sol parlament qrupunun sorğularına verilən cavablarda qeyd olunub ki, 2018-ci ildə Almaniyadan hava nəqliyyatı vasitəsi ilə 21.059 nəfər deportasiya edilib. Onlardan 5008 nəfəri Köln/Bonn, 285- nəfəri Dusseldorf, iki nəfər isə Dortmund hava limanından göndəriliblər.

➤ Pilotlar deportasiya edilən şəxsləri qəbul etməkdən boyun qaçırırlar

Düsseldorf hava limanında pilotlar deportasiya edilən insanları qəbul etmədiyi üçün 169 deport proseduru baş tutmayıb. Köln/Bonn hava limanında isə bu hal altı dəfə baş verib. 30 nəfər ciddi müqavimət göstərdiyinə görə, onları deport edilə bilməyiblər. 28 halda Düsseldorfda, iki dəfə isə Kölndə tibbi səbəblərlə görə deportasiya baş tutmayıb.

Ümumilikdə, ötən il Şimali reyn Vestfaliya ərazisində 6603 nəfərin deportasiyası baş tutub. BAMF -ın hesabatına görə, bu il əvvəlki illə müqayisədə 5 faiz çoxdur. 2015-ci ildən etibarən Almaniyadan deportasiyaların bir hissəsi uğursuzluqla nəticələnir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.