Bu ölkədəki səfirimiz KQB casusudur... - Zaxarova

4-03-2019, 09:00           
Bu ölkədəki səfirimiz KQB casusudur... - Zaxarova
Britaniyanın bulvar qəzetləri Skripal olayının ildönümündə yanlış fikir formalaşdırmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.

"Bu qəzetlərdə ən önəmli nüans isə sovet-rus casusunun tapılmasıdır. Həmin casus Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenkodur", - Zaxarova kinayə ilə bildirib.

Qeyd edək ki, Böyük Britaniya İcmalar Palatasının 2 üzvü - Mühafizəkarlar Partiyasından Bob Sili və müstəqil deputat Yen Ostin Xarici İşlər naziri Ceremi Hantın adına məktub göndərərək, Rusiyanın ölkədəki səfiri Aleksandr Yakovenkonun keçmiş DTK və Rusiya hərbi kəşfiyyatı (QRU) ilə əlaqələrinin araşdırılmasını tələb ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.