İranda təcili yardım helikopteri qəzaya uğradı - 5 ölü

4-03-2019, 14:20           
İranda təcili yardım helikopteri qəzaya uğradı - 5 ölü
İranın cənub-qərbindəki Çahar-Mahal və Bəxtiyari əyalətində təcili tibbi yardım vertolyotunun qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.

Open.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Hamilə bir qadını götürmək üçün havaya qalxan təcili tibbi yardım vertolyotunun əyalətə bağlı Şehrikürd kəndində qəzaya uğradığı bildirilib.

Vertolyotdakı 3 nəfərlik ekipaj ilə 2 təcili yardım işçisi dünyasını dəyişib.

Hadisənin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru