AP üçün vacib sorğu: Kim qalib gələcək?

5-03-2019, 08:18           
AP üçün vacib sorğu: Kim qalib gələcək?
Avropa Parlamenti seçkilərinin nəticələri ilə bağlı sorğu keçirilib.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, “Kantar Publik”in apardığı milli sorğuya əsasən, mayın 26-da Avropa Parlamenti üçün keçiriləcək seçkilərdən sonra Britaniya deputatlarının təmsil olunmayacağı yeni parlamentdə müxtəlif siyasi partiyalardan 705 deputatın fəaliyyət göstərəcəyi ehtimal edilir. Bu parlamentdə təmsil olunan partiyalar arasında Avropa Xalq Partiyası və Sosial-demokratlar Partiyası birinci və ikinci yerləri bölüşəcək.

Sorğunun nəticələrinə əsasən, Avropa Xalq Partiyasının (PPE) 181 yer (25,6 faiz), Sosial-demokratlar Partiyasının isə 135 yer (19,15 faiz) tutacağı ehtimal olunur. Azad Demokratlar Partiyası 75 yer (10,64 faiz) ilə üçüncü yerdə qərarlaşıb. Ancaq partiyalar arasında alyans nəzərə alınarsa, bu rəqəmlər dəyişəcək.

Qeyd edək ki, “Kantar Publik”in 13 ölkədə, eləcə də Fransada filialları fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru