Pakistan və Hindistan bu dəfə dənizdə toqquşdu

5-03-2019, 17:53           
Pakistan və Hindistan bu dəfə dənizdə toqquşdu
Pakistan Hərbi Dəniz Qüvvələri Hindistana məxsus sualtı qayığın ölkənin su sərhədlərini pozmasının qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın Hərbi Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.

Donanmadan verilən açıqlamada səhər saatlarında Hindistana məxsus sualtı qayığın Pakistan sularına daxil olmaq istədiyi, lakin Hindistanın su sərhədlərinə qayıtmağa məcbur edildiyi qeyd edilib.

“Müasir texnologiyaya sahib Hindistan sualtı qayığının Pakistan donanması tərəfindən aşkar edilməsi Hindistan donanmasının zərərinədir”, - açıqlamada deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru