MSK: Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlib - YENİLƏNİB-4
22-04-2019, 06:25

Ukrayna prezidenti seçkilərində Vladimir Zelenski 73,03% səslə liderlik edir, Pyotr Poroşenko 24,64% səs toplayıb.
Bunu Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 65%-nin yoxlanılması nəticəsində bildirib.
MSK-nın qərarına görə, seçki bülletenlərinin 2,32% etibarsız sayılıb .
***
02:35
Ukrayna prezidenti seçkilərində Vladimir Zelenski 73,23% səslə liderlik edir, Pyotr Poroşenko 24,87% səs toplayıb.
Bunu Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 25%-nin yoxlanılması nəticəsində bildirib.
MSK-nın məlumatına görə, seçkilərdə əhalinin 62,07% iştirak edib.
***
23:33
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə dair ilk rəsmi nəticələri açıqlayıb.
Yekun protokolların 1% yoxlanıldıqdan sonra prezidentliyə namizəd Vladimir Zelenski 69,26% səs toplayıb, onun rəqibi Pyotr Poroşenko – 28,33%.
***
22:25
Pyotr Poroşenko Ukrayna prezident seçkilərində uduzduğunu etiraf edib.
O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək.
Poroşenkonun dediklərinə görə, o Ukraynanın NATO və Aİ yolunda atdığı addımlarını müdafiə edəcək.
Poroşenko həm də öz komandasını heç vaxt təslim olmamağa çağırıb.
***
21:43
Prezidentliyə namizəd Vladimir Zelenski 73,2% səs toplayıb, hazırkı prezident Pyotr Poroşenko isə - 25,3%.
ONA UNİAN-a istinadən xəbər verir ki, bu göstəricilər “Milli Exit-poll 2019” layihəsinin mətbuat konfransında açıqlanıb.
Digər sosioloji sorguların nəticələri də təxminən eynidi.
Qeyd edək ki, Ukrayna vaxtı ilə 20:00-da ölkə ərazisində bütün seçki məntəqələri işini tamamlayıb.
Ukrayna MSK-sı səslərin rəsmi hesablanmasına başlayıb.