Berlində ”Bizi mollalardan xilas edin” aksiyası keçirilir – VİDEO

2-06-2019, 21:58           
Berlində ”Bizi mollalardan xilas edin” aksiyası keçirilir – VİDEO
Aralarında azərbaycanlıların da olduğu yüzlərlə İran vətəndaşı hazırda Almaniyanın paytaxtı Berlində ”Bizi mollalardan xilas edin” adı altında İrandakı hakimiyyət əleyhinə etiraz askiyası keçirir. AzEuroNews.com xəbər verir ki, Berlinin məşhur “Bradenburq qapısı” önünə toplaşan 50-dən çox etirazçı İran İslam Respublikasındakı hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Onların sözlərinə görə, hazırda İran həbsxanalarında yüzlərlə siyasi məhbus var.

Aktivistlər İrandakı mövcud rejim tərəfindən həbs edilib daha sonra edam olunan İran vətəndaşlarının şəkilləri olan plakatları da “Bradenburq qapısı” önünə asıblar.

Onlar bildiriblər ki, rejimin əlindən hər ay yüzlərlə İran vətəndaşı qaçaraq Avropa ölkələrindən sığınacaq istəyir.

Ancaq Almaniya kimi bir çox Avropa ölkəsi onların sığınacaq istəyini rədd edərək geri – İrana deportasiya edir.

Aksiyada Almaniya Miqrasiya və Qaçqınların işi üzrə Federal İdarə (BAMF) məmurlarından onların işlərinə düzgün baxılması tələb edilib.

Ətraflı videosujetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru