Tramp İngilis şahzadəsinin xanımına “əxlaqsız” dediyini inkar etdi

3-06-2019, 11:20           
Tramp İngilis şahzadəsinin xanımına “əxlaqsız” dediyini inkar etdi
İngiltərəyə səfəri ərəfəsində ABŞ prezidenti Donald Tramp İngilis şahzadəsi Harri-nin həyat yoldaşı Meghan Markla-ya 'əxlaqsız' dediyini səs yazısının olmasına baxmayaraq inkar edib və mövzuyla əlaqədar xəbərlərin də yalan olduğunu bildirib.

Ancaq Trampın səsyazması bu vəziyyəti yalanlayır.
Twitterdən bir mesaj paylaşan Tramp, "Meghan Marya-ya heç bir zaman 'əxlaqsız' demədim. Yalan xəbər mətbuatının çıxardığı bir şeydir və bu səfər pis tutuldular!" deyib.
Tramp söz mövzusu ifadələri İngiltərə səfərindən əvvəl The Sun” qəzetinə verdiyi reportajda istifadə etmişdi. İngiltərə Kraliyət ailəsinin üzvü olmadan əvvəl ABŞ-da aktyorluq edən Meghan Markla Donald Trampın çıxışlarını və siyasətlərini tənqid edib. Markla ayrıca, 2016 prezident seçkilərində də Demokratların namizədi Hillary Klintona dəstəyini açıqlamış, Trampa 'parçalayıcı' və 'qadın düşməni' demişdi.
Qeyd edək ki, “The Sun” reportajında Trampdan Meghan Markla haqqındakı fikirləri soruşulduğunda, ABŞ prezidenti "Bilmirdim. Nə deyə bilərəm ki? Əxlaqsız olduğunu bilmirdim" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru