Bu məmurların sərvəti müsadirə ediləcək, özləri isə… - Qanun

4-06-2019, 09:43           
Bu məmurların sərvəti müsadirə ediləcək, özləri isə… - Qanun
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya qeyri-qanuni zənginləşməyə görə cinayət məsuliyyəti haqqında qanun layihəsi təqdim edib.

Axar.az xəbər verir ki, Ukrayna mətbuatı təqdim edilən qanun layihəsində məsuliyyətə cəlb edilən şəxslər üçün 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulduğunu yazıb. Həmçinin onların 3 ilə qədər vəzifə tutması qadağan ediləcək.

Qanun qəbul ediləcəyi halda qeyri-qanuni zənginləşənlərin qanunsuz aktivlərinin müsadirəsi də asanlaşdırılıb.

Mətbuat qanun layihəsinin Ukrayna və xarici ekspertlər tərəfindən hazırlandığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru