“Edam olunan” bacı diktatorla konsertdə- FOTO

4-06-2019, 12:50           
“Edam olunan” bacı diktatorla konsertdə- FOTO
Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, edam olunduğuna dair xəbərlər yayılan Kim E Çjon ictimiyyət arasında görünüb.

Cebhe.info xəbər verir ki, beləliklə də onun qardaşının əmri ilə edam olunması barədə xəbər təkzib edilib.

3 iyunda Kim E Çjon qardaşı Kim Çen Inla bərabər "1 may" stadionundakı mərasimdə iştirak edib. O, burada digər yüksək vəzifəli məmurlarla birlikdə gimnastların və artistlərin çıxışını izləyib. Rəsmi agentik bununla bağlı məlumat və foto yayıb.

Bu görüntülər aprelin 1-dən bəri Kim Çen Inın bacısına aid ilk fotodur.

Bir neçə gün əvvəl dünya mətbuatında Şimali Koreyada bir neçə nəfərin edam olunmas barədə xəbər yayılmışdı. Məlumata görə, diktator ABŞ-la danışıqların uğursuz nəticələnməsində onları ittiham edərək edamlar barədə əmr vermişdi. Ancaq indi bu xəbərlərin həqiqəti əks etdirmədiyi görünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.