«Hərbi xərcləri artırın!» – Tramp NATO ölkələrindən tələb edib

5-06-2019, 22:51           
«Hərbi xərcləri artırın!» – Tramp NATO ölkələrindən tələb edib
Britaniyanın Baş naziri Tereza Meylə birlikdə mətbuat konfransı keçirən ABŞ prezidenti Donald Tramp NATO ölkələrinə ultimatum irəli sürüb.

Onun sözlərinə görə, alyans üzvləri xərclərin ümmi daxili məhsulun (ÜDM) 2 faizinə qədər artırılması barədəki öhdəliklərinə əməl etməlidirlər və onların başqa seçimi yoxdur.

«Biz gözləyirik ki, NATO ölkələrinin artan sayı xərclərin ÜDM-ə nistəbəti tələbinə əməl edəcək. Onlar borcludurlar və digər çıxış yolları yoxdur» – Tramp bildirib.

Trampın NATO üzrə müttəfiqlərinə qınaq mövzusu daim bu fakt olub ki, NATO-ya çəkilən xərcin ən çoxunu ABŞ öz üzərinə götürür.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru