Səudiyyəyə ağır zərbə vuruldu: 20-dən çox hərbi məntəqə...

6-06-2019, 08:55           
Səudiyyəyə ağır zərbə vuruldu: 20-dən çox hərbi məntəqə...
Husilər Səudiyyə Ərəbistanı torpaqlarında 20-dən çox hərbi məntəqəni ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səri məlumat yayıb. O, 72 saat davam edən hücumlar nəticəsində Səudiyyə Ərəbistanının cənub sərhədinə yaxın Nəcran şəhərinin nəzarətindəki hərbi nöqtələrin ələ keçirildiyini söyləyib.

Səri qarşıdurmalar nəticəsində beynəlxalq koalisiyanın tabeliyindəki 200-dən çox əsgərin öldüyünü və yaralandığını, bəzilərinin isə girov götürüldüyünü bildirib.

O, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya aid 20-dən çox zirehli texnikanın məhv edildiyini, xeyli sayda hərbi sursat və cəbbəxananın ələ keçirildiyini deyib.

Sözçü açıqlamasında hücumun görüntülərinin yaxın müddətdə mediada yayımlanacağını da əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.