Dünyanın ən ucuz şəhərləri – Bakı neçənci yerdədir?

17-07-2019, 11:36           
Dünyanın ən ucuz şəhərləri – Bakı neçənci yerdədir?
Müxtəlif ölkələrdə qiymətlər haqda məlumat toplayan “Numbeo” portalı, 2019-cu ilin birinci yarımilinin nəticələrinə əsasən, yaşamaq üçün dünyanın ən ucuz şəhərlərinin adlarını açıqlayıb.
Teref.az xəbər verir ki, birinci yerdə Pakistanın Ravalpindi, ikinci yerdə Karaçi, üçüncü yerdə isə İslamadbad şəhəri qərarlaşıb.

Siyahıda Tbilisi (Gürcüstan) 30-cu, Bakı (Azərbaycan) 43-cü, Kiyev (Ukrayna) 58-ci, Antalya (Türkiyə) 61-ci olub.

Ən bahalı şəhərlər isə San-Fransisko, Nyu-York, Cenevrə, Bazel, Lozanna, Bruklin, Vaşinqton, San-Xose və Bostondur.

Qeyd edək ki, reytinq cədvəlində yer alan şəhərlərdəki yaşayış minimumu ABŞ-ın Nyu-York şəhəri ilə müqayisədə hesablanıb./İnter.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru