Xeyriyyəçiliklə məşğul olmasaydı milyarderlər siyahısında 1-ci yerdə idi

17-07-2019, 17:05           
Xeyriyyəçiliklə məşğul olmasaydı milyarderlər siyahısında 1-ci yerdə idi
“Microsoft”un qurucusu Bill Geyts milyarderlər siyahısında ikinci yerdən üçüncü yerə geriləyib.

“Bloomberg”in araşdırmasına əsasən, B.Geytsin əvvəlki ikinci yerini “Louis Vuitton Möet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno tutub.

Fransalı milyarderin LVMH şirkəti 200 milyon dollar dəyər qazanıb, beləliklə, adıçəkilən şirkətin ümumi dəyəri 107,6 milyard dollara çatıb.

Qeyd edək ki, B.Arno ötən il Avropanın ən varlı insanı seçilmişdi.
Mütəxəssislərin sözlərinə görə, B.Geyts xeyriyyəçiliklə məşğul olmasaydı, hazırda dünyanın ən varlı insanı olaraq qalmağa davam edərdi. Bill və Melinda Geyts Fondunun ianələrinin məbləği 35 milyard dollardan çoxdur.

Milyarderlər siyahısına isə “Amazon”un qurucusu Ceff Bezos başçılıq edir. Onun aktivləri 125 milyard dollar dəyərləndirilir.

Gununsesi.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru