Malaziya təyyarəsini vurmuş «Buk»-u daşıyan avtoyedəyin sürücüsü saxlanıb
18-07-2019, 00:00

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2014-cü ildə «Malaysia Airlines» şirkətinə məxsus təyyarəni Donbas üzərində vurmuş «Buk» zenit-raket kompleksini (ZRK) daşıyan avtoyedəyin sürücüsünün şəxsiyyətini müəyyən edib və onu saxlayıb.
«Ukraniskiye novosti» nəşrinin xəbər verdiyi kimi, bu barədə brifinqdə Ukrayna təhlükəsizlik xidməti Baş İstintaq İdarəsinin rəis müavini Vitali Mayakov bəyan edib.
O, həm də telefona çəkilmiş videonu nümayiş etdirib. Videodan görünür ki, Dontsk boyunca avtoyedək «Buk»-u necə dartır. Mayakov izah edib ki, videokadrlar bu treylerin kimə məxsus olduğunu aydınlaşdırmağa kömək edib. Ancaq həmin adamı bir neçə il sonra Kiyevin nəzarəti altında olan sərhəd zolağını keçərkən saxlamaq mümkün olub.
Bununla bərabər, Mayakov sürücünün ad-soyadı və saxlanma tarixi barədə məlumat verməyib.
Onun sözlərinə görə, sürücü hazırda Ukraynada cəzasını çəkir. Mayakov əlavə edib ki, hazırda 150 nəfərin bu cinayətə aidiyyət dərəcəsi öyrənilir və «Buk»-un daşınmas ilə əlaqəsi olanların hamısı Ukraynada terrorçuluğu görə cəzalandırılacaq.
Xatırladaq ki, bu gün MN17 reysi ilə Donbas üzərində baş vermiş fəlakətin 5 ili tamam olur. Gələn il Niderland məhkəməsi bu işə baxmağa başlayacaq.