Angela Merkelin gəlirləri açıqlanıb

21-07-2019, 07:00           
Angela Merkelin gəlirləri açıqlanıb
Almaniya Federatif Respublikasının kansleri Angela Merkelin aylıq gəliri haqqında məlumatlar açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Bundestaqın mətbuat xidmətinə istinadən "Germania.one" bildirib.

Qeyd edilir ki, siyasətçi ayda 19796,68 avro alır. Merkelin bu vəsaitdən rəsmi maaşı 17701,40 avro təşkil edir.

Yekun məbləğ əlavə artırmaların əlavə edilməsi hesabına alınır. Belə vəzifə artımı 30,68 avro təşkil edir.

Bundan başqa, Merkel 50% nümayəndə xərclərindən alır. Çünki bundestaqın üzvüdür. O, həmçinin 25% parlament üzvü kimi qazanır.

Ekspertlər Almaniyanın kanslerinin illik gəlirini 333 min avro qiymətləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru