Vəziyyət gərginləşir: Britaniya İrana qarşı atom qayığı göndərəcək

21-07-2019, 22:02           
Vəziyyət gərginləşir: Britaniya İrana qarşı atom qayığı göndərəcək
İran ətrafında halqa daralır: Hər an hərşey baş verə bilər

Böyük Britaniya Fars körfəzində müdafiə qabiliyyətinin artırılması üçün atom sualtı qayığı göndərə bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

London digər gəmilərin İrandan qorunması üçün belə bir addım atmağı nəzərdən keçirir. Bu təklif hökumətin təhlükəsizlik üzrə komissiyasında da müzakirə olunub.

Xatırladaq ki, iyulun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru