Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb

24-07-2019, 07:59           
Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb
Şimali Koreya göyərtəsində 17 dənizçinin olduğu Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.

“Report” xəbər verir ki, bunu "Şimal-Şərq" balıqçılıq şirkətinin direktor müavini Sergey Sedler deyib.

Onun sözlərinə görə, "Syanhaylin-8" gəmisi ilə bağlı hadisə iyulun 17-nə keçən gecə baş verib. Gəmidə 15 Rusiya və iki Cənubi Koreya vətəndaşı olub. Gəmi Yapon dənizinə xərçəng tutmaq üçün yollanıb. Konsul dənizçilərin yanına yalnız iyulun 23-də buraxılıb.

Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəsi bu barədə iyulun 18-də xəbər tutduqlarını bildirib.

"…diplomatlar hadisə baş verəndən vəziyyətin yoluna qoyulması üzərində işləyirlər", - deyə o bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, onlar artıq heyət üzvləri ilə görüşüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru