Consonu təbrik edən prezidentin qızı lağ hədəfi oldu - Foto
24-07-2019, 20:12
Boris Consonu Böyük Britaniyanın Baş nazir seçilməsi münasibətilə təbrik edən İvanka Tramp lağ hədəfi olub.
“Qafqazinfo” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qızı Tvitter hesabında yazdığı təbrik mesajında Birləşmiş Krallıq (United Kingdom) əvəzinə “United Kingston” yazıb. İzləyicilər İvankanın bu səhvini hədəf alaraq onu ələ salmağa başlayıblar. Xatırladaq ki, Donald Tramp da daha əvvəl “Prince of Wales” yerinə “Prine of Whales” (Balinalar şahzadəsi) ifadəsini işlətmişdi.