Rusiyada Putinin kortejini “partlatmaq” istəyiblər

24-07-2019, 22:43           
Rusiyada Putinin kortejini “partlatmaq” istəyiblər
Hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib

Rusiyanın Yekaterinburq şəhərində iki kişi prezident Vladimir Putinin kortejinin getdiyi yolu “minalamaq” istəyib.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, hadisə iyulun 9-da Putinin GMIS sammitində çıxışından və Ural Federal Universitetinin tələbələri ilə görüşündən sonra “Kolitsovo” hava limanına gedən yolda qeydə alınıb.

İki şəxs prezident kortejinin hərəkət etdiyi yola bomba mulyajı qoyub. Polis əməkdaşları qanun pozucularını dərhal saxlayıb. Onların daha əvvəl məhkumluğunun olduğu müəyyən edilib.

Canilər öz əməllərini hüquq-mühafizə orqanlarının sayıqlığını yoxlamaq niyyətində olmaları ilə izah ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru