"Boeing" "737 MAX" təyyarələrinin istehsalını dayandıra bilər

25-07-2019, 07:05           
"Boeing" "737 MAX" təyyarələrinin istehsalını dayandıra bilər
Amerikanın "Boeing" şirkəti aviatənzimləyici cari ilin sonunadək "Boeing 737 MAX" təyyarələrinin istismarının bərpa olunmasını təsdiq etməyəcəyi təqdirdə, bu tip təyyarələrin istehsalını dayandıra bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şirkət rəhbəri Dennis Melenberqə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Melenberq çərşənbə günü "Boeing"in bu ilin II rübü üçün hesabatının dərc edilməsindən sonra analitiklərin suallarını cavablandırıb. Şirkət rəhbəri 2020-ci ildə "737" seriyalı təyyarələrin aylıq istehsal həcminin hazırkı 42 ədəddən 57-ə qədər artırılmasının planlaşdırıldığını bildirib. Lakin "737 MAX" təyyarələrinin ABŞ-da istismarının bərpa olunmasının təxirə salınması istehsalın azalmasına gətirib çıxaracaq.

"Biz ola bilsin ki, MAX-ın istehsalının müvəqqəti dayandırılması da daxil olmaqla, sürət və ya digər seçimləri azaldacağıq", - deyə qəzet Melenberqin sözlərini sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru