Çilidə polis bölməsinə göndərilən bomba partlayıb, 8 polis ağır yaralanıb

26-07-2019, 08:13           
Çilidə polis bölməsinə göndərilən bomba partlayıb, 8 polis ağır yaralanıb
Çilinin paytaxtı Santyaqoda partlayış baş verib.

"Report" "Mercurio" nəşrinə istinadən xəbər verir ki, polis idarəsinə poçt vasitəsilə göndərilən bombanın partlaması nəticəsində 8 polis ağır yaralanıb.

Bildirilir ki, digər bir bomba isə ölkənin keçmiş daxili işlər naziri Rodrigo İnspeterə yollanılıb.

Prezident Sebastian Pinera hadisəni terror aktı adlandırıb və bu cinayətin günahkarlarının qanuna uyğun şəkildə cəzalandırılacağına söz verib.

Hüquq-mühafizə orqanları iki partlayıcı qurğunun 1 nəfərin göndərdiyini ehtimal edirlər. Hər iki bomba Çilinin poçtu ilə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru