İran Pompeonun Tehrana gəlmək təklifini rədd edib 29-07-2019, 07:24 ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İran onun Tehranı ziyarət etmək və "İran xalqı ilə birbaşa danışıqlar" aparmaq təklifini qəbul etməyib.“Report” xəbər verir ki, o bu barədə "Twitter" mikrobloqunda yazıb."Bu yaxınlarda mən Tehrana gəlməyi və İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi", - deyə Pompeo bildirib. Facebook-da paylaş