İsrail İraqda yerləşən İran bazalarına aviazərbələr endirib

30-07-2019, 19:01           
İsrail İraqda yerləşən İran bazalarına aviazərbələr endirib
İsrail İraqın Salah-ed-Din əyalətindəki “Həşd Əl-Şabi” yarımhərbi qüvvələrinə ilk zərbəni iyulun 19-da endirib.

Ordu.az "Asharq Əl-Awsat" nəşrinə istinadən xəbər verir ki, düşərgəyə endirilən ilk zərbədə İsrail Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirak etdiyi iddia olunur.

İkinci zərbənin isə iyulun 28-də endirildiyi bildirilir. İsrail döyüş təyyarələrinin hədəfi Bağdaddan 40 km şimalda yerləşən "Əşrəf" bazası olub.

İddialara görə, zərbənin məqsədi bölgəyə gətirilən İran PUA-ları və ballistik raketləri olub.

Rəsmi İsrail bu barədə rəsmi açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru