Rusiyanın tanınmış şirkətinin direktoru İtaliyada saxlanıldı

5-09-2019, 19:55           
Rusiyanın tanınmış şirkətinin direktoru İtaliyada saxlanıldı
Rusiyanın “Rostex” dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb.
“Yeni Sabah” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-ın sorğusu əsasında tutulub.

Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib. Korşunov bu vəzifədə 2009-2017-ci illərdə işləyib.

Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını “məsuliyyətsiz rəqabət” adlandırıb. İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.

57 yaşlı şirkət direktoru Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.

Qeyd edək ki, “Rostexnlogiya” dövlət şirkəti 2014-cü il iyulun 23-də yaradılıb. Müəssisə mülki və hərbi təyinatlı sənaye məhsulu istehsal edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.