Maduro Kolumbiyanın təcavüz təhdidi qarşısında Milli Təhlükəsizlik Şurasını çağırıb

10-09-2019, 07:04           
Maduro Kolumbiyanın təcavüz təhdidi qarşısında Milli Təhlükəsizlik Şurasını çağırıb
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiyadan hərbi təcavüz təhlükəsi qarşısında Milli Təhlükəsizlik Şurasının çağırıldığını elan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Maduro bunu Şura üzvləri ilə görüşdə deyib.

"Dövlət və hökumət başçısı olaraq, Kolumbiya hökumətinin Venesuelanın ünvanına hərbi təhdidləri ilə əlaqədar qərar qəbul edəcək Milli Təhlükəsizlik Şurasını çağırmaq qərarına gəldim", - deyə o bildirib.

O, daha əvvəl sentyabrın 10-da Kolumbiya ilə sərhəddə ayın 28-dək davam edəcək genişmiqyaslı hərbi təlimlərin başlandığını elan edib. Bütün silah sistemləri bu müddət ərzində hazırlıq vəziyyətinə gətirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru