Qriqori Karasin Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib - Putin sərəncam imzaladı

11-09-2019, 00:06           
Qriqori Karasin Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib - Putin sərəncam imzaladı
Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin vəzifəsindən azad edilib.

Teref.az RİA-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Rusiya liderinin digər sərəncamı ilə bu vəzifəyə Yevgeni İvanov təyin olunub.

Qeyd edək ki, Q. Karasin 2005-ci ildən bu vəzifəni tutub. Avqust ayında Vladimir Putin, Karasini "Vətənə xidmət" ordeni ilə təltif edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.