Niderlandda Hitler muzeyi açılıb – FOTO

13-09-2019, 06:40           
Niderlandda Hitler muzeyi açılıb – FOTO
Niderlandda Hitler muzeyi faəliyyətə başlayıb. AzEuroNews.com Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən məlumat verir ki, Niderlandın Bosch şəhərində açılan muzeydə Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer) Adolf Hitlerə aid rəsm tabloları, partiyaya aid əşyalar və s. sərgilənir.

Muzeyin direktoru Timo de Rijk açıqlamasında bildirib ki, hazırda rəhbərlik etdiyi muzeydə 270 eksponat sərgilənir.


Milyonlarla insanın qətlinə səbəb diktatora aid muzeyin fəaliyyətə başlaması birmənalı qarşılanmayıb. Artıq bununla bağlı ilk etiraz aksiyası keçirilib.

Direktor muzeyin bu şəkildə dizayn edilməsinin birmənalı qarşılanmadığını etiraf etsə də, tarixi həqiqətləri göstərməyin tərəfdarı olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru