Boltonun 3 köməkçisi istefaya gedib! – Şeflə həmrəylik?

14-09-2019, 00:15           
Boltonun 3 köməkçisi istefaya gedib! – Şeflə həmrəylik?
Ötən çərşənbə axşamı, sentyabrın 10-da Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə mühaviri Con Boltonun 3 köməkçisi də istefa ərizəsi verib. Bu barədə «Röyter» agentliyi xəbər verib.

İstefaya gedənlər – Boltonun mətbuat katibi Harret Markis, kommunikasiyalar üzrə direktor Sara Tinsli və Boltonun iş qrafikinin tərtib olunmamsına cavabdeh Kristian Samuelyandır. Onarın hər üçü «qarşılılı razılıq» əsasında azad olunublar. Bu barədə agentliyin Ağ Evdəki mənbəyi xəbər verib.

«Ölkəm üçün çalışmaq mənə şərəfli idi və mən prezidentə və administrastyaya gələcək işlərində uğurlar arzu edirəm» – Markisin ərizəsində deyilir.

Azad olnanların üçü də uzun illər Boltonla birikdə işləyiblər. ABŞ administrasiyasının yüksək məqamlı əməkdaşının sözlərinə görə, indi Markis Ağ Evdə başqa vəzifə almağa cəhd göstərir.

Çərşənbə günü Donald Tramp bəyan edib ki, hazırda Boltonun vakant olmuş vəziıəsinə təyinat üçün birdəfəyə 5 nəfərin namizədliyini «gözdən keçirir». Prezident bildirib ki, yeni müşavirin adı gələn həftə bəlli olacaq.

«Çoxsaylı dəyərli insanlar bu işi əldə etmək isiəyirlər» – Tramp qeyd edib.
Prezidentin sözlərinə görə, onun Botonla çox yaxşı münasibəti formalaşıb. Ancaq eks-müşavir «başqaları ilə yola gedə bilməyib», üstəlik də «Con bizim prioritetlərimizi böluşmədi» və «böyük səhvlər buraxdı».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.