ABŞ hərbçiləri Кobaniyə girdi

26-11-2015, 14:21           
ABŞ hərbçiləri Кobaniyə girdi
FaktXəbər-in verdiyi məlumata görə, 50 amerikalı xüsusi təyinatlısı bir neçə gün əvvəl Türkiyə ərazisindən Suriyanın şimalındakı Kobani şəhərinə daxil olub. Qeyd edək ki, ABŞ-da «İŞİD»ə qarşı koordinator kampaniyasının rəhbəri Bret Mkqurk Amerika xüsusi təyinatlılarından 50 hərbçinin Suriyaya girəcəyini açıqlamışdı. O, ABŞ hərbçilərinin kürd bölmələrinə Suriya ərazisində İŞİD-ə qarşı döyüşlərdə praktiki yardım göstərəcyini vurğulamışdı.

Bret Makqurkun sözlərinə görə, kürdlər özləri min kv.km-dan artıq ərazini İŞİD-dən azad edərək, azı 300 terrorçunu məhv ediblər.

Qeyd edək ki, oktyabr ayında ABŞ prezidenti Suriyanın şimalına amerikalı xüsusi təyinatlıları göndərmə barədə qərarını açıqlayarkən, Vaşinqtondan onların hərbi əməliyyatlar iştirak etməyəcəyi vurğulanmışdı.

Yeri gəlmişkən onu da bildirək ki, Suriya hökuməti ABŞ hərbçilərinin ölkəyə girməsinə izn verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.