Netanyahu Tramp üçün dua etdi

23-06-2025, 10:24           
Netanyahu Tramp üçün dua etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki "Ağlama divarı"na baş çəkib.

Oxu.Az xəbər verir ki, bu barədə vesty.co.il məlumat yayıb.

Məlumata görə, baş nazir "Ağlama divarı"nın ravvini ilə birlikdə İranla müharibənin uğurla davam etməsi, eləcə də ABŞ Prezidenti Donald Trampın sağlığı naminə dua edib.

Netanyahunun səfəri üçün tərtib edilmiş xüsusi duanın mətnində deyilir: "Dünyadan şər və qaranlığı qovmaq vəzifəsini öz üzərinə götürdüyünə görə ABŞ prezidenti hər zaman uca olsun".

Qeyd edək ki, İsrailin İranla münaqişəsi artıq 10 gündür davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru