Rejim İran vətəndaşlarına “Amerika heç zaman İrana hücum etməz” fikrini təlqin etmişdi

Bu gün, 10:34           
Rejim İran vətəndaşlarına “Amerika heç zaman İrana hücum etməz” fikrini təlqin etmişdi
İranın xarici işlər naziri Abbas Araqçı elə “ABŞ İrana xəyanət etdi” deyir ki, sanki söhbət Tehranın tərəfdaşından gedir. İranda islam inqilabından bu yana rejimin təhriki ilə İran şəhərlərinin küçələrində “Amerikaya ölüm”, “Amerika böyük şeytandır” şüarları səslənib. Üstündən uzun onilliklər keçsə də, Vaşinqtonda İrandakı radikalların ABŞ-ın Tehrandakı səflriliyinə hücumu və amerikalı diplomatların uzun müddət girov saxlanılmasını da unutmayıblar. 1983-cü ildə Livanın paytaxtı Beyrutda ABŞ hərbi bazasının partladılması nəticəsində 250-yə yaxın amerikalı hərbçi həlak oldu. Partlayışın arxasında İranın izinin olduğuna dair şübhələr var idi. Əlbəttə, ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyat uranın zənginləşdirilməsinin qarşısının alınmasıyla əlaqəlidir, ancaq Vaşinqtonda İrandakı mühafizəkar rejimin Amerika əleyhinə siyasətini də unutmayıblar. Rejim İran vətəndaşlarına “Amerika heç zaman İrana hücum etməz” fikrini təlqin etmişdi. Halbuki, ABŞ İkinci Dünya Müharibəsindən sonra müxtəif qitələrdə və ölkələrdə müharibələr aparıb, İran nə ilkdir, nə də sonuncu.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.