Çinin tapdığı yeni enerji ehtiyatları qlobal enerji balansını dəyişdirəcək – zülm içərisində saxladığı uyğurların torpaqlarında
30-09-2019, 21:02
Çinin tapdığı yeni enerji ehtiyatları qlobal enerji balansını dəyişdirəcək. Çinin ən böyük neft və qaz istehsalçısı olan CNPC şirkəti bir milyard ton həcmində neft sahəsi və 1,06 trilyon kvadrat metr həcmində qaya qazı yataqlarını tapıldığını bəyan edib.
Sincan hövzəsində kəşf edilən qazın dünya bazarında balansı dəyişdirəcəyi qeyd edilir.
Dünyanın ən böyük neft istehlakçısı və idxalçısı Çin yeni ehtiyat axtarışları aparmaqdadır.
CNPC şirkəti Sincan Uyğur Muxtar Bölgəsindəki Şingceng neft yatağındakı ehtiyatların txcmini həcminin 693 milyon ton ola biləcəyini təxmin edir.
Şirkət Sincan hövzəsində kəşf edilən qaz yataqlarının həcminin 740,97 milyard kubmetr olduğunu açıqlayıb.
Sincanda ümumiyyətlə, 1,06 trilyon kubmetr qaya qazı ehtiyatı olduğu bildirilir.