İngiltərə kraliçası Yelizaveta onun fərmanını “boş bir kağız parçası”na döndərən Boris Consonun istefasını istəyir? - ŞOK İDDİA
30-09-2019, 21:06

İngiltərə kraliçası II Yelizavetaının öz müşavirlərindən ölkənin baş nazirini hansı şərtlər altında vəzifəsindən çıxara biləcəyi barəsində məsləhət istədiyi iddia edilir.
Kraliçanın bu addımı İngiltərənin Kostitusiya Məhkəməsinin ötən həftə Boris Consonun qərarını ləğv eləməsindən sonra atdığı bildirilir.
Xəbər verdiyimiz kimi, baş nazir Boris Conson parlamentin işini dayandırmaq əmri verdikdən sonra, Britaniyanın Kostitusiya Məhkəməsi (məhkəmənin 11 hakiminin yekdil fikri ilə) bu qərarın hüquqi əsasının olmadığını bildirən hökm vermişdi.
Mətbuatın yazdığına görə, kraliça taxta çıxdığı 1953-cü ildən bəri ilk dəfə belə bir ssenari üzərində durmağa ehtiyac duyub.
Baş nazir Boris Conson ötən ay kraliçadan parlamentin 5 həftə tətil eləməsini tələb eləmiş, kraliça da buna razılıq vermişdi. Conson parlamentin işini dayandırmaq qərarının səbəbinin hökumət proqramını hazırlamaq üçün möhlətə ehtiyacı olduğunu bildirmişdi. Lakin İngiltərədə hökumət proqramı hazırlamaq üçün tətil edilməsi adətən 4-5 günlə məhdudlaşdığı halda, Consonun 5 həftə vaxt istəməsi əsl məqsədinin parlamenti Breksit prosesindən kənarlaşdırmaq olduğu gümanlarını gücləndirmişdi (https://hurriyyet.org/xeber/londondaki_siyasi_bohran_novbedenkenar_seckileri_yaxinlasdirir_ndash_mehkeme_consonun_planini_bosa_cixardi).
Kraliçanın fərmanı qüvvədən düşmüş oldu
Siyasi müşahidəçilərin fikrincə, Consonun bu həmləsi kraliçanın da yanlış addım atmasına və Konstitusiya baxımından çətin vəziyyətə düşməsinə səbəb olub. Mətbuatda kralimanın Consonun qərarını təsdiqlədiyi fərman “boş bir kağız parçası” adlandırılıb.
İngiltərədə kraliça dövlətin rəmzi başçısı sayılsa da, qanunlar və bəzi mühüm qərarlar ancaq onun razılığı ilə qüvvəyə minir.
Baş naziri və nazirləri təyin eləmək də kraliçanın səlahiyyətlərinə daxildir. Lakin kraliça adətən, parlamentin və hökumətin qərarları ilə razılaşmağa üstünlük verir.
Hurriyyet.org