Əcnəbi avtomobillərə Ukrayna yollarından istifadəyə görə ödəniş tətbiq ediləcək- Nazirdən açıqlama

3-10-2019, 08:02           
Əcnəbi avtomobillərə Ukrayna yollarından istifadəyə görə ödəniş tətbiq ediləcək- Nazirdən açıqlama
Ukraynada əcnəbi avtomobilçilər üçün yollarından istifadəyə görə ödəniş tətbiq edilməsi planlaşdırılır.

Ukraynanın infrastruktur naziri Vladislav Krikli bu məlumatı Nikolayev şəhərində keçirilən müşavirədə açıqlayıb.

Nazir deyib: “Biz Ukrayna yollarında əcnəbilər üçün gediş-gəlişin pullu olmasını planlaşdırırıq, çünki onlar heç də həmişə aksiz almır və aksiz haqqı ödəyən bizim avtomobilçilərə münasibətdə ədalətsizlik yaranır. Məsələn, xarici nömrə nişanlı, yanacaq çəni dolu olan böyük fura Ukraynaya gəlir, bizim yollarda bir neçə min kilometr məsafə qət edir və buna görə heç nə ödəmir. Bu səbəbdən müəyyən mexanizm hazırlamağı planlaşdırırıq və ümidvarıq ki, deputatlar bu təklifi dəstəkləyəcəklər”.

V.Krikli qeyd edib ki, gələn il Ukrayna yolları üçün dövlət büdcəsindən əlavə vəsait alınması planlaşdırılır.

Nazir vurğulayıb: “Biz qarşıya ambisiyalı bir hədəf qoymuşuq – beş il ərzində 24000 kilometr yol təmir edilməlidir. Bu hədəfə çatmaq istəyiriksə, yol fondundan əlavə ümumi fonddan da vəsait alımalıyıq. Bunun üçün müvafiq resurslar var”(azərtac).

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.