Ermənistanda parlamentlə Konstitusiya məhkəməsi qarşı-qarşıya

4-10-2019, 00:08           
Ermənistanda parlamentlə Konstitusiya məhkəməsi qarşı-qarşıya
Qanunverici orqanın spikeri Konstitusiya Məhkəməsinin sədrini köhnə rejimin ən böyük tərəfdarı adlandırıb: “Əgər biz köhnə rejimin ən qızğın tərəfdarlarının siyahısını tərib etsəydik, şübhəsiz ki, Hrayr Tovmasyan onların içində yer alardı”.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Ararat Mirzəyan Hrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri kimi səlahiyyətlərinə son verilməsi haqqında məsələnin müzakirəsi zamanı bildirib.

Qeyd olunur ki, belə bir təşəbbüslə hakim “Mənim addımım” partiyası çıxış edib.

A.Mirzəyan Ermənistanda son 20 ildə baş verən qanunsuz hallardan danışaraq, həmin hadisələr nəticəsində azad bazarın məhv edildiyini, seçkilərin saxtalaşdırdığını söyləyib.

Onun sözlərinə görə, siyasi və mənəvi cəhətdən bütün bunlar Hrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri posstunda qalmasına imkan verməmək üçün əsas rolunu oynayır.

Ermənistan Milli Assambleyasının sədri H.Tovmasyanın sırf siyasi motivlərlə, keçmiş rejimin cinayətlərini ört-basdır etmək üçün vəzifəsində qalmaqda israr etdiyini vurğulayıb.

Parlamentin müvafiq qərar alması halında Tovmasyanın istefaya göndərillməsi haqqında akt Konstitusiya Məhkəməsinə göndəriləcək. Bunun üçün deputatların 3/5-nün, yəni parlamentin 80 üzvünün səs verməsi lazımdır.

Lakin bununla bağlı qanunverici orqanın qərarı yalnız tövsiyyə xarakteri daşıyacaq. Son nöqtə Konstitusiya Məhkəməsinin özü tərəfindən, həm də 2/3 səslə qoyulmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.