Şimali Koreya 470 km məsafə qət edən raket atdı - ZƏLZƏLƏ OLDU!
4-10-2019, 00:41
Şimali Koreya 910 km hündürlüyə və 450 km məsafəyə uça bilən “Pukguksong-3” adlı raketi sınaqdan keçirib. Sınağın keçirilməsindən çox qısa bir müddət – 40 dəqiqə keçdikdən sonra zəlzələ baş verib.
Bütün dünyanı sarsıdan raket dənizin altından səmaya atılıb. BBC Yapon dənizinə düşən raketin göyün üzündə Beynəlxalq Kosmos Stansiyasından ikiqat yüksəyə çıxdığını bildirib. Son iki ildə ilk dəfədir ki, Şimali Koreyanın atdığı raket Yaponiyaya bu qədər yaxın məsafəyə düşüb.
Şimali Koreya ABŞ ilə nüvə müzakirəsinə yenidən başlaya biləcəyini açıqladıqdan bir gün sonra bu sınağı keçirib.
Yerli vaxtla səhər 07.00-də dənizdən atılan “Pukguksong-3” raketinin uçduğu an olduqca qorxunc mənzərə görünüb. “Pukguksong” tipli raketlər sonuncu dəfə 2016-cı ildə sınaqdan keçirilmşdi.
Şimali Koreyadan olan ekspert Ankit Panda deyib: “Əgər, “Pukguksong-3” normal şəkildə atılsa idi, Yaponiyanın dörd əsas adasına və Yapon dənizinin ortasından Cənubi Koreyanın bütün ərazisinə düşə bilərdi. Bu test ABŞ-ın Şimali Koreyanın raket texnologiyalarındakı inkişafını dondurmaq üçün nə üçün böyük səy göstərməli olduğunu da nəzərə çatdırır”.
Hurriyyet.org