Putinin yalanı ifşa olundu - «Der Spiegel» ortaya fakt qoydu

28-11-2015, 13:32           

Suriyadakı quru əməliyyatlarında iştirakını inkar edən Rusiyanın bu yalanı növbəti dəfə ifşa olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın tanınmış nəşrlərindən olan «Der Spiegel» Bəşər Əsəd rejiminin Rusiyanın quru qoşunları və artilleriyası tərəfindən də aktiv şəkildə müdafiə olunduğunu yazıb. Yəni dəstək prezident Vladimir Putinin iddia etdiyi kimi, yalnız hava əməliyyatlarında iştirakdan ibarət deyil.

Jurnalın yazdığına görə, Rusiyanın iki hərbiçisi bu yaxınlarda Suriyadakı quru əməliyyatlarında həlak olub və onların hər ikisi noyabrın 12-də Rostovda dəfn edilib.

Ölənlər Rusiyanın Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadasının xüsusi təyinatlıları olub.
Rusiya isə bu bilgiləri gizli saxlayır və bu barədə ictimaiyyətə heç bir məlumat vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.