Təcili: Putin Türkiyəyə qarşı iqtisadi sanksiyalar paketini imzaladı
28-11-2015, 23:52
Rusiya prezidenti Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların həyata keçrilməsi ilə bağlı tədbirlər planını imzalayıb.
Avropa.info xəbər verir ki, Türkiyəyə xüsusi iqtisadi sanksiyaların həyata keçirilməsi haqda imzalanan qərar türk şirkətlərinin Rusiyada bəzi fəaliyyət növləri ilə məşğul olmasını qadağan edir. Qərara görə, həmçinin 1 yanvar 2016-cı ildən etibarən rus iş adamlarına Türkiyə vətəndaşlarını işə götürmək qadağan edilir.
Digər tərəfdən Türkiyə ilə viza sərbəstli aradan qaldırılacaq.
İqtisadçı ekspertlər isə Putin tərəfindən imzalanan sanksiyaların ciddi təsir gücünün olmayacağını bildirirlər. Qərb tərəfindən iqtisadi sanksiyalara məruz qalan Rusiyanın iqtisadi baxımdab Türkiyədən aslı olduğu qeyd edilir