Məşhur rəssamın əsəri oğurlandı

16-10-2019, 09:10           
Məşhur rəssamın əsəri oğurlandı
ABŞ-ın San-Fransisko şəhərindəki şəxsi qalereyadan Salvador Dalinin “Yanan zürafə” qravürası oğurlanıb.

Teleqraf.com xəbər verir ki, bu sənət əsərinin qiyməti 20 min dollardır.

Qeyd olunur ki, naməlum şəxsin qravüranı oğurlamasının videomüşahidə kameralarında qeydə alınmış görüntüsü artıq sosial şəbəkələrdə yayılıb. Həmin şəxs qalereya binasına daxil olub və cəmi 32 saniyədən sonra əlində həmin sənət əsəri ilə oranı tərk edib. Qalereyanın direktoru Anjela Kellet bildirib ki, şübhəli şəxsin binadakı əməkdaşın diqqətini yayındıran cinayət şərikinin olması da ehtimal edilir.

Salvador Dalinin 50x60 santimetr olan qravürası molbertə bərkidilməli imiş, lakin həmin məqamda tablonu saxlayan kətan tapmaq mümkün olmayıb. Məşhur rəssam onu 1966-cı ildə çəkib.

San-Fransisko polisi cinayətlə bağlı məlumatı olan şəxslərdən anonim qalmaq şərti ilə polis departamentinə zəng etməyi xahiş edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.