Ölkə.Az xəbər verir ki, Rusiya Dumasının üzvü, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskiy Putinin Türkiyə ilə bağlı fərmanına həsr olunmuş "Politika" verilişində "Ekspert" jurnalının icmalçısı Gevorq Mirzoyanla mübahisə edib.
Jirinovskiyin Türkiyənin ermənilərlə kürdlər arasında bölünməsi bəyanatına replika atan Mirzoyan sərt münasibətlə üzləşib.
"Ermənistana get. Moskvada oturub bizə göstəriş verirsiniz. Ermənistandan yaşamayan hər kəs satqındır. Vətəninizə yollanın. Moskvanın yarısını doldurmusunuz", - deyə Jirinovskiy əlavə edib.
Bir neçə gün öncə Vladimir Jirinovskiy Birinci kanalda "Pyotr Tolstoyla siyasət" verilişinin efirində bəyan edib ki, Rusiyanın regionda yeganə müttəfiqi Ermənistandır.
O qeyd edib ki, ermənilərə silah verilsə, onlar İstanbula qədər gedib çıxar.