Rusiyadan Suryada növbəti təhlükəli addım FOTO
5-12-2015, 10:00
"Hmeymim" aviabazası
Rusiya Suriyada iki yeni hərbi təyyarə bazası yaradır. ANS PRESS-in məlumatına görə, bu məqsədlə ruslar aerodrom təminatının vasitələrini Suriyaya gətırir.
Bu haqda “Reuters” agentliyi “Syrian Observatory for Human Rights” hüquq müdafiə təşkilatına istinadən xəbər yayıb. Bu informasiyaya görə, Palmira şəhərinə yaxın Al -Tayas aerodromundan artıq Rusiyanın vertolyotları qrup halında hərəkət edir.
Agentlik yüksək vəzifəli amerika səlahiyyətliyə istinadən bildirib ki, ABŞ Homs yaxınlığında Şayrat bazasına xüsusi avadanlığın yerdəyişməsini qeyd edib. Məhz hansı texnika olduğu dəqiqləşdirilməyib. Amma ABŞ-ın fikrincə avadanlığın böyük hissəsi artıq işə salınıb. Şayrat bazası iki VPP və təyyarələrin sığınacağı üçün kaponirlər sisteminə malikdir.
Rusiya Müdafiə Nazirliyi bu haqda şərh verməyib.
Ancaq bu həftə rus mətbuatı Rusiya güc strukturlarında olan mənbələrinə istinadən bildirib ki, Şayrat bazası Suriyanın cənubunda və şərqində əməliyyatların inkişafı üçün lazımdır. Onun sözlərinə görə, “Xmeymim” təyyarə bazası artıq döyüş hərəkətləri aparılan rayonlarından kifayət qədər uzaqdır. Xüsusilə hücumçuların və vertolyotların uçuş vaxtı nöqteyi-nəzərindən. Onun sözlərinə görə, daha əvvəl Rusiya hərbi hava qüvvələri Şayrat aerodromundan istifadə edib.
Ötən gün Britaniyanın “The Times” qəzeti Rusiyanın Suriyada ikinci təyyarə bazasını açmağa hazırlaşdığıbarədə xəbər vermişdi. Rusiyanın Suriyada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını yazan qəzet rusların bu məqsədlə son günlər Suriyada hərbi təyyarələrin və hərbiçilərin sayını xeyli artırdığını qeyd edib. Rusiya “Hmeymim” hərbi bazasından başqa ikinci təyyarə bazasını açıb, ora əlavə təyyarələr və qoşunlarını göndərəcək. Nəşrin məlumatına görə, mərkəzi Suriyada, Homs şəhərinə yaxın Al-Şayrat təyyarə bazasında artıq obyektin hazırlığı ilə məşğul olan Rusiya döyüş vertolyotları və kontingenti yerləşdirilib.
Rusiyanın ilk aviabazası Suriyanın Latakiya bölgəsində "Hmeymim" aeradromunda yerləşir. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var. "Reuters" agentliyi Rusiyanın Suriyadakı hərbçilərinin sayının 4 minə çatdığı haqda xəbər yayıb. Xəbərdə bildirilib ki, bir ay ərzində Rusiya hərbçiləri ölümlə nəticələnən itkilər də verib. Məlumatda itkilərin dəqiq sayı göstərilməyib. Rusiya "Hmeymim" aviabazasından başqa Suriyanın Hama, Şəriət və Tias hava limanlarından da istifadə edir.
Rusların istifadə etdiyi hava limanları xəritədə