ABŞ və İran masada: nüvə problemi həll olurmu?

Bu gün, 10:24           
ABŞ və İran masada: nüvə problemi həll olurmu?
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlarının müsbət istiqamətdə irəlilədiyini, lakin yekun nəticə üçün zaman lazım olduğunu bildirib.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində açıqlama verib.

“Ağ Evdə İrana dair çox yaxşı görüşlərimiz oldu. Görək nə ilə nəticələnəcək”, – deyə, Tramp qeyd edib.

O əlavə edib ki, növbəti addım üçün bir qədər vaxta ehtiyac var, amma danışıqlar həqiqətən də uğurludur.

Məlumata görə, aprelin 19-da Roma şəhərində İran və ABŞ arasında, Omanın vasitəçiliyi ilə, Tehranın nüvə proqramı ətrafındakı fikir ayrılıqlarının həllinə dair qeyri-rəsmi danışıqların ikinci raundu baş tutub. Görüşdə ABŞ tərəfini prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Araqçı təmsil edib.

Tərəflər növbəti dəfə aprelin 26-da texniki səviyyəli məsləhətləşmələrdən sonra görüşəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.