Peskov: Rusiya Ukrayna ilə danışıqlara hazırdır

22-04-2025, 11:08           
Peskov: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
Rusiya prezidenti Vladimir Putin mülki obyektlərə zərbələrdən imtina mövzusunu məhz Ukrayna tərəfi ilə müzakirə etməyə hazırdır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

“Prezident mülki obyektlərə zərbələrin endirilməməsi mövzusunu, o cümlədən ikitərəfli şəkildə müzakirə etməyin mümkünlüyündən danışarkən məhz Ukrayna ilə danışıqları nəzərdə tuturdu”, – deyə Peskov vurğulayıb.

O əlavə edib ki, prezident Putin dəfələrlə Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib. Mülki obyektlərə zərbələrdən imtina məsələsi isə bu istiqamətdə Putinin daha bir təklifi kimi təqdim olunub.

Bundan öncə Peskov Vaşinqtondan gələn və Ukraynanın NATO üzvlüyünün istisna olunduğunu bildirən xəbərləri də şərh etmişdi. O, bu qərarın Moskvanı qane etdiyini deyərək vurğulayıb ki, bu yanaşma Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Peskovun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüyü münaqişənin əsas səbəblərindən biridir.

Xatırladaq ki, ABŞ-də Ukrayna ilə bağlı kompromis təklifləri irəli sürülüb və münaqişənin həlli üçün güzəştə getmək tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru