Trampın ən nüfuzlu adamının adı açıqlanıb

22-04-2025, 11:24           
Trampın ən nüfuzlu adamının adı açıqlanıb
ABŞ Administrativ-Büdcə İdarəsinin (OMB) rəhbəri Rassel Vout prezident Donald Trampın komandasında ən nüfuzlu şəxs hesab olunur.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Voutu bu qədər nüfuzlu edən amil onun hökumətin necə işlədiyini dərindən bilməsi və Trampa sadiqliyinin unikal vəhdətidir.

Onu hökumətin yenidən qurulmasının əsas memarlarından biri adlandırırlar.

Qeyd olunur ki, bu ilin yanvarında Vout Konqres tərəfindən Ukraynaya ayrılmış milyardlarla dollarlıq maliyyə vəsaitinin verilməsi öhdəliyindən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru