“Geri qayıtma ehtimalı”, “lənətlənmə qorxusu”, YOXSA... - Qadınlar niyə daha dərin basdırılıb? - ŞOK SƏBƏBLƏR
Bu gün, 10:18

Bəzi bölgələrdə (xüsusən kənd yerlərində və patriarxal cəmiyyətlərdə) qadının “ruhi gücü”, “geri qayıtma ehtimalı”, yaxud “lənətlənmə qorxusu” kimi inanclar yayılıb. Bu düşüncə, qadınların daha dərin basdırılması ilə izah olunur. Guya belə olarsa, onların ruhu yuxarı qalxıb dünyaya dönə bilməz. Bu cür inanclar Tibetdən tutmuş Orta Asiya və Cənubi Qafqazın bəzi kənd adətlərinə qədər müxtəlif formalarda mövcuddur.
Görəsən bunun həqiqətən dində anlamı nədir?
İlahiyatçı Elvüsal Məmmədov Konkret.Az-a açıqlamasında bildirib ki, qadınların dərin, kişilərin isə dayaz basdırılması fikri ənənəvi olsa da, şəriət bunu əmr etmir.
Hökumət Azərbaycan xalqının dini iradəsini təsdiqləyir - Elvüsal Məmmədov | Hafta.az
“Amma tarixən belə hallara rast gəlinib. Bunun bir neçə səbəbi var. İlk öncə ona görə ki, qadınlarının cəsədlərinin qorunmasına cəhd göstərilib. Ümumiyyətlə, İslam dinində, şərqdə qadın bədəni məhrəm hesab olunur. Qəbirlərin qeyri-təbii yolla açılacağı təqdirdə, qadın bədəninin görünməməsinə şəriət diqqət yetirib. Yəni, sel gələrsə, heyvanlar qəbri qazarlarsa, qadın cəsədinin üzə çıxmamasına çox cəhd göstərilib. Qadınlar adətən öz ziynət əşyaları ilə basdırılırdılar. Qəbir oğrularından cəsədi qorumaq məqsədilə onların daha dərinə basdırılması həyata keçirilirdi.”
İlahiyyatçı qeyd edib ki, indiki dövrdə buna ehtiyac yoxdur.
“Adətən qəbirlərdə beton piltələrin üstünə sement tökülür. Beləliklə qadın cəsədinin aşkara çıxması kimi bir risk olmur. Bir sözlə, bu tarixi ənənə hərşeydən əvvəl qadına ehtiramın göstəricisidir. Onu, hətta dünyadan köçdükdən sonra belə qorumaq istəyinin təzahürüdür.