Rusiyada bir neçə gün yuxuda olan məktəbli qız xilas edildi

22-04-2025, 11:36           
Rusiyada bir neçə gün yuxuda olan məktəbli qız xilas edildi
Rusiyanın Moskva vilayətində həkimlər bir neçə gün yuxuda olan yeniyetmə qızı xilas ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Moskva Regional Ana və Uşaqların Müdafiəsi Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, ailə üzvləri gün ərzində qızı oyada bilməyiblər. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər bütün lazımi müayinələri aparıblar, lakin nə zəhərlənmə, nə də beyin zədəsi aşkar olunub. Bir neçə gün ərzində həkimlər mərkəzi sinir sistemini stimullaşdırmağa yönəlmiş terapiya aparıblar və yalnız bundan sonra qız ayılıb.

Rusiyalı psixiatr Kristina Şkuratovanın sözlərinə görə, ətraflı müayinə zamanı ciddi affektiv pozğunluq aşkarlanıb. Məktəbdəki stres və şəxsi problemlər səbəbindən yeniyetmənin səhhəti pisləşib. Müalicədən sonra qız evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru